<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 İnsanlar İsa Məsihi, Xilaskarı rədd etdilər,
 Məhkum edərək Salehi,ölüm hökmünü verdilər.

[C1]
   Onu söydülər, döydülər, alçaldıb təhqir etdilər,
   Günahkarların əliylə Rəbbi çarmıxa çəkdilər.

[V2]
 Axdı Rəbb İsanın Qanı Qalqota deyilən yerdə,
 Ona «susadım» deyərkən su deyil, sirkə verdilər.

[C2]
   Yalvarıb Allaha İsa Ona əzab verənlərçün,
   Son gücünü toplayaraq vəsadət etdi onlarçün:

[V3]
 «Bağışla onları Ata, nə etdiklərin bilmirlər»,
 Məhəbbət dolu sözləri sanki heç eşitmədilər.

[C3]
   Püşk atıb aralarında paltarlarını böldülər,
   «Allahın Məsihisənsə, Özünü xilas et»,- dedilər.

[V4]
 Qəfildən bütün ölkəyə qatı bir qaranlıq çökdü,
 Məbədin pərdəsi bu an ortadan iki bölündü.

[C4]
   Uca səslə nida edib İsa söylədi: «Ey Ata,
   Öz Ruhumu verirəm Mən Sənin əllərinə.»

[V5]
 Ey insanlar, Allah Oğlu bizə görə əzab çəkdi,
 Ölülərdən ilk olaraq dirilib, Göylərə getdi.</lyrics>
<title>İnsanlar İsa Məsihi İL158</title>
<hymn_number>158</hymn_number>
</song>